No Image

Gənc namizəddən möhtəşəm start - Fotolar

Gənc namizəddən möhtəşəm start - Fotolar
 Yeni Azərbaycan Partiyasının (YAP) 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən qeydə alınmış namizədi Emin Hacıyev seçicilərlə ilk görüşünü keçirib. 

Yenisabah.az xəbər verir ki, görüş kifayət qədər izdihamlı keçib. Görüşdə YAP-ın Sumqayıt şəhər təşkilatının rəhbərliyi, şəhər ictimaiyyətinin tanınmış nümayəndləri və dairə ərazisində yaşayan sıravi sakinlər iştirak edib. 

43 saylı Sumqayıt üçüncü seçki dairəsinin seçicilərinin Emin Hacıyevin personasına böyük diqqətini şərtləndirən əsas amillər onun gəncliyi təmsil etməsi, şəhərə, onun problemlərinə yaxından bələd olmasıdır. Bu arada onu da qeyd edək ki, Emin Hacıyev özü də sumqayıtlıdır. O, 1982-ci ildə Sumqayıtda anadan olub. 1998-ci ildə Sumqayıt şəhər 5 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub.