Fransada koronavirus qurbanlarının sayı 1100-ə çatdı
13:20 / 25.03.2020
3905
Son 24 saatda Fransada koronavirus infeksiyasından 240 nəfər dünyasını dəyişib.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Fransada koronavirusdan ölənlərin sayı 1 100 nəfərə çatıb. Virusa yoluxduğu üçün karantinə alınan Fransa vətəndaşlarının sayı isə 22 304 nəfərdir.
Fransa səhiyyi Nazirliyinin Aparat rəhbəri Jerome Saloman ötən həftə ilə müqayisədə koronavirusa yoluxanların sayında 12 faiz artım olduğunu bildirib.(yeni sabah)