Fəzail Ağamalı: Orduda indi gördüklərimizi əvvəllər müşahidə etmək mümkün deyildi

Fəzail Ağamalı: Orduda indi gördüklərimizi əvvəllər müşahidə etmək mümkün deyildi
 Azərbaycan Ordusunun keçirdiyi genişmiqyaslı təlimlər ənənə şəklini alıb.

Sfera.az xəbər verir ki, bunu trend-ə açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O bildirib ki, genişmiqyaslı əməliyyat-taktiki təlimlər Silahlı Qüvvələrin peşəkarlığının artmasında, döyüş qabiliyyətinin yüksəldilməsində və silah arsenalına daxil olan yeni silahların sınaqdan keçirilməsində mühüm önəm daşıyır: "Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Müdafiə Nazirliyi rəhbərliyinin dəyişilməsi və Zakir Həsənov kimi peşəkar, vətənpərvər, dövlətçiliyimizə və prezidentimizə sədaqətli olan generalın nazir təyin edilməsi, bu qurum sistemində ciddi dəyişikliyə səbəb oldu. Biz əvvəllər bu cür təlimlərin keçirilməsinin nadir hallarda şahidi olurduq. Təlimlər keçirilirdi, ancaq bu şəkildə genişmiqyaslı təlimlərin keçirilməsini xatırlamıram. Onu da xatırlamıram ki, müdafiə naziri ətrafındakı yüksək rütbəli zabitlər və generalla tez-tez cəbhə bölgəsində olsun, əsgər və zabitlərin həyatı ilə maraqlansın, onların yaşayışının necə olmasını öz gözləri ilə görsün. Əvvəllər həyata keçirilən tədbirlərin birbaşa nazirlik səviyyəsində yoxlanılması çox nadir hadisə idi. Ancaq Zakir Həsənov bu vəzifəyə təyinat aldıqdan sonra - ədalət naminə demək lazımdır ki - həm əsgərlərimizin, həm zabitlərimizin həyat səviyyəsi və sosial müdafiəsində ciddi irəliləyişlər oldu”.

Deputat Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin Ermənistana və erməniləri himayə edənlərə ciddi mesaj verdiyini bildirib: "Bu təlimlərdə 10 000-dən çox canlı qüvvənin iştirak etməsi, eyni zamanda Silahlı Qüvvələrimizin arsenalında olan döyüş texnikalarının bu təlimlərdə yer alması düşmən tərəfindən ciddi izlənilir. Ermənistana birbaşa bu təlimlər vasitəsilə mesajlar verilir ki, təlimlər ciddi xarakter daşıyan hərbi əməliyyatlara çevrilə bilər. Təlimlər Silahlı Qüvvələrimizin ən müxtəlif şəraitdə verilən döyüş tapşırıqlarının yerinə yetirilməsində təcrübələrini genişləndirir. Azərbaycan Ordusu hər il yenilənir. Gənclərimiz vətən qarşısında borclarını yerinə yetirməklə ordumuza yeni zabit heyəti kimi daxil olurlar. Onların döyüş qabiliyyətinin yüksəldilməsində və peşəkarlığının artırılmasında bu təlimlərin rolu böyükdür. Azərbaycanda milli zabit kadrlarımız formalaşıb. Onlar dünyanın ayrı-ayrı böyük ənənəyə malik olan ali hərbi məktəblərində təhsil alırlar. Orada təcrübələrini zənginləşdirmək üçün kurslardan keçirlər və bunlardan sonra ənənəvi xarakter daşıyan əməliyyat-taktiki təlimlərlə təcrübələrini artırırlar”.

F.Ağamalı deyib ki, Azərbaycan təcavüzə məruz qaləb və vətəndaşlar bütün məsələlərdə diqqətli və məsuliyyətli olmalıdırlar:

"Əlbəttə, biz təcavüzə məruz qalmış ölkəyik. Ermənistan və onları himayə edənlər bugünədək torpaqlarımızı işğalda saxlayır. Erməni tərəfi daim bizi izləyir. Ona görə mətbuatda və sosial şəbəkələrdə gedən məlumatlarda diqqətli olmalıyıq. Ordumuz bizim qürur mənbəyimizdir. Ordu haqqında danışılan hər bir sözdə məsuliyyətli olmaq lazımdır.

Xalqımızın uşaqdan böyüyə qədər bütün nümayəndələri bu gün Ali Baş Komandanın əmrini gözləyir. Əsgər və zabit heyətimiz də döyüş əməliyyatlarına hazırdırlar. Bu döyüş əməliyyatlarının vaxtı çox da uzaqda deyil. Çünki aparılan danışıqlar heç bir nəticə vermir və bu, quru bəyanatlardan başqa bir şey deyil. Ona görə əlverişli şəraitdə cənab prezidentin əmri ilə qəhrəman Silahlı Qüvvələrimiz torpaqlarımızın azad edilməsi üçün hərəkətə keçəcək. Artıq növbəti əməliyyatlar Aprel döyüşləri kimi bir neçə günlük olmayacaq. Bu döyüş əməliyyatları Azərbaycanın işğala məruz qalmış bütün torpaqlarının azad edilməsinə gətirib çıxaracaq. Buna mənim qətiyyən şübhəm yoxdur. Biz bu vaxtı xalq olaraq səbirsizliklə gözləyirik. Əlverişli beynəlxalq şərait yaranan kimi Azərbaycan Ordusu ermənilərin 300 ildir davam edən təcavüzünə son qoymaq üçün həlledici sözünü deyəcək".

OXŞAR XƏBƏRLƏR

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...

Prezident: "Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq"

2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə...

55 saat 24 saniyə davam edən müsahibə ilə REKORD QIRDI

Dünyanın ən uzun müsahibəsi 55 saat davam edib və Ginnesin Rekordlar Kitabına düşüb.   Sfera.az xəbər verir ki, nigeriyalı qadın Klara Çizoba K...

Olaf Şolts: "Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir"

Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir.   Sfera.az xəbər verir ki, bunu Almaniya Federativ Respubli...