“Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə...” - Sabiq XİN rəhbəri

“Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə...” - Sabiq XİN rəhbəri
"Nəhayət, Təl-Əvivdə də Azərbaycan səfirliyi açılmalıdır”.

Bu sözləri Sfera.az-a açıqlamasında 44 günlük müharibədə əldə etdiyimiz qələbədən sonra kənar maneələrə baxmayaraq, İsraildə Azərbaycan səfirliyinin yaradılması vacibliyinə toxunarkən, sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov deyib.

Diplomat hesab edir ki, ölkəmiz bununla bağlı qərar verməkdə gecikib:

"Mövqeyim odur ki, İsraildə Azərbaycan səfirliyi açılmalıdır. Hətta deyərdim ki, bu addımı çoxdan atmalıydıq, gecikmişik. Kimin xoşuna gəlib-gəlməyəcəyi üçüncü dərəcəli məsələdir.  Azərbaycan müstəqil ölkədir. Bu baxımdan da ölkəmiz xarici siyasətini öz bildiyi şəkildə qurmalıdır.  Hazırda Yaxın Şərqdə müəyyən proseslər gedir.  İsraillə bəzi ərəb ölkələri yaxınlaşmağa başlayıb, səfirliklər açırlar. Bu amil də əsas verir ki, Bakı nəhayət, yekun qərarını versin”.
 
Tofiq Zülfüqarov əvvəlki illərdə Azərbaycanın belə bir qərar verməsinə İranın maneəçilik törətdiyini də etiraf edib:
 
"İndi isə İsraildə səfirliyimizin açılmasına nəyin maneə olduğunu deyə bilmərəm. Çünki indiki halda proseslə bağlı dəqiq məlumata malik deyiləm.  Amma bundan qabaq bəzi məqamlarda Azərbaycan tərəfdən İranın mövqeyi nəzərə alınırdı. Lakin onu da deyim ki, Azərbaycanın Təl-Əvivdə rəsmi olaraq səfirliyi olmasa da, əlaqələrimiz sürətlə inkişaf edir.  Hətta İsrail tərəfi bəzi məqamlarda Azərbaycanın həmin mövqeyinə diqqətlə yanaşıb”.
 
Elçin
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Prezident: "Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq"

2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə...

55 saat 24 saniyə davam edən müsahibə ilə REKORD QIRDI

Dünyanın ən uzun müsahibəsi 55 saat davam edib və Ginnesin Rekordlar Kitabına düşüb.   Sfera.az xəbər verir ki, nigeriyalı qadın Klara Çizoba K...

Olaf Şolts: "Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir"

Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir.   Sfera.az xəbər verir ki, bunu Almaniya Federativ Respubli...

Azərbaycan lideri: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilm...

Prezident Almaniyaya Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü BİLDİRDİ

Prezident İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi ...

İlham Əliyev: "Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır"

Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayı...