“Əsl kişi ailəsinin yanında olar” - Narkotikə görə həbs olunan musiqiçi - VİDEO - FOTO

“Əsl kişi ailəsinin yanında olar” - Narkotikə görə həbs olunan musiqiçi - VİDEO - FOTO
Sfera.az xəbər verir ki, ARB TV-nin "Rezonans" proqramında bu dəfə 1959-cu il təvəllüdlü, Masallı rayon sakini Əzizov Etibar Miralxas oğlu öz həyat hekayəsini danışıb.


Əzizov Etibar Miralxas oğlu - Məhkum (9 il): "1959-cu ildə Masallı rayonunda anadan olmuşam. Sovetlərin dövründə hərbi xidmətdə olmuşam. Azadlıqda olanda qaynaqçı işləyirdim. Həm də musiqiçi olmuşam, 20 il toy məclislərinə getmişəm, iştirak etmişəm musiqiçi kimi. 1992-ci ildə könüllü olaraq orduya getdim, Ağdərədə, Umudlu istiqamətində gedən döyüşlərdə iştirak etdim. Yaralandıqdan sonra xəstəxanaya yerləşdirildim. Müharibə ömrümü zəhərlədi. Yanıma düşən mərminin qəlpələri dağıldı bütün bədənimə. Ekzema xəstəliyi tutdum bu qəlpələrdən.

Mənə bir neçə dəfə təklif etmişdilər, qəbul etməmişdim. Bu dəfə israr etdilər, aldatdılar məni. Mənə malı verən adamlara dedim ki, heç olmasa əlaqə nömrəsi verin. Heç nə vermədilər, şəklimi çəkib göndərdilər həmin adama ki, məni qarşılasın. 100 manat beh verdilər, dedilər 900 manat da təhvil verəndə verəcəklər. 700 qram miqdarında narkotik maddə və dərmanlar elə göz qarşısındaca tutuldu, gəldim düşdüm barmaqlıqlar arxasına. 2018-ci ilin iyun ayında tutulmuşam, 9 il iş almışam. Aldandım, peşmançılığımın həddi-hüdudu yoxdur.

Şeytan Adəmi də aldadıb cənnətdən qovdurdu, mən də aldanıb həbsə düşdüm. Həyatım məhv oldu, ömrümün qış çağında idim, qəbirin qırağında idim onsuz da bu həbs də məni məhv etdi. 9 il azadlıqdan məhrum edilməyim məni qəbirə göndərdi. 1 oğlum var, 3 qızım. Onların ikisinin həyatın qurmuşam, qalıb ikisi. Qızımın biri də inkişafdan geri qalıb, xəstədir. 4 nəvəm var, 60 ilim tamam olanda söz veriblər gələcəklər yanıma. Ötən il nəvəm birinci sinifə hazırlaşırdı, dedi baba, hardasan, gəl məni məktəbə apar. Onların dərslərinə kömək edirdim, gəldim düşdüm bura. Allaha sığınmışam, seyid adamam, ibadətimi edirəm, namaz qılıram.

Buradan-cəzadan heç kim sığortalanmayıb. Bura canlı qəbiristanlıqdır, tez unudulursan, yaddan çıxırsan... Burada vaxtımı keçirtmək üçün tikinti briqadasında çalışmağa razılaşdım, indi işləyirəm.

Gənclərə məsləhət görürəm ki, aldanmasınlar, öz ağılları ilə hərəkət etsinlər. Əsl kişi odur ki, ailəsinin yanında, onların xidmətində olsun, onun bunun sözünə inanıb aldanmasınlar. Mən musiqiçi kimi böyük saraylarda konsertlərdə olmuşam, mənim kimi tanınmış adam gəldim burda ləyaqətsiz vəziyyətə düşdüm.

 

Ekzema xəstəliyi artıq bronxlarımı da sıradan çıxarıb, nəfəs ala bilmirəm, ona görə də oxuya bilmirəm artıq. Bir yandan xəstəlik, bir yandan məhkumluq həyatı mənim bütün ümidlərimi öldürüb, ümidim yoxdur sağ çıxam burdan balalarıma qovuşam".   



OXŞAR XƏBƏRLƏR

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

ABŞ-nin Kaliforniya Universiteti və Rusiyanın Kazan Dövlət Universitetindən ibarət beynəlxalq alimlər qrupu işığın maddə ilə qarşılıqlı təsirinin əvvəllər məlum...

Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.   B...

“Avroviziya-2024”ün birinci yarımfinalı başladı

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya” mahnı müsabiqəsi birinci yarımfinalı başlayıb.   Sfera.az xəbər verir ki, birinci yarımfinalda...

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

Yeni bir araşdırma sübut edib ki, zebralar qarşı cinsin və ya tanış qohumların diqqətini cəlb etmək və onları gəzinti və ya tanışlıq kimi birgə fəaliyyətə dəvət...

Cennifer Lopez “Met Gala 2024”ə Ben Affleksiz qatılması diqqət çəkib - FOTO

Amerikalı müğənni və aktrisa Cennifer Lopez” Met Gala 2024”ün ağ-yaşıl xalçasında təkbaşına görünməklə, Ben Affleklə evliliyində problemlərlə bağlı ...

“Dəli yığıncağı” nümayiş olunacaq

Mayın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri əsasında hazırlanan eyniadl...