\"Ermənistan növbəti dəfə rəzil duruma düşdü\" — Deputat

\

İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin sammiti Azərbaycan üçün mühüm məqamlar və xüsusi əhəmiyyətli vacib prinsiplərin müdafiəsi ilə yadda qaldı. Eyni zamanda sammitdə cənab Prezidentin diplomatik məharətinin, milli maraqlarımızın qətiyyətli və prinsipial şəkildə müdafiəsinin, nəticədə işğalçı Ermənistanın növbəti dəfə rəzil duruma düşməsinin şahidi olduq.


İlk növbədə bütün dünya ölkələrinin və beynəlxalq təşkilatların Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qəbul etdiyini vurğulayan cənab Prezident haqlı olaraq işğalçı Ermənistanı beynəlxalq hüquqa və hamılıqla qəbul edilmiş qətnamələrin icrasına əməl etməməkdə qınadı və bir daha qeyd etdi ki, Dağlıq Qarabağ Azərbaycandır!


Hər dəfə olduğu kimi, yenə də Nikol Paşinyan ona qarşı ölkəsində olan narazı əhalinin könlünü almaq və ictimai rəydə xal qazanmaq məqsədilə ucuz şouya əl atdı. Əvvəlcə Azərbaycana böhtan atdı və irqçiliklə bağlı sərsəm fikirlər söylədi, hətta dəxli olmayan yerdə Ramil Səfərovun Macarıstandan gətirilərək əfv olunmasına da toxundu.


Ancaq cənab Prezident faşistlərə xidmət edən Nikolun nəvəsinin cavabını çox sərrast şəkildə verdi, Ermənistanın terrorçu mahiyyətini diqqətə çatdıraraq Paşinyana humanizmdən, insanlıqdan danışmamağı məsləhət gördü. Bu ölkənin keçmişini, Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyanın ekstradisiya edilərək Ermənistan prezidenti tərəfindən əfv olunmasını xatırlatdı. Sonda isə cənab Prezident çox dəqiq şəkildə hədəfə vuraraq işğalçı və terroru dəstəkləyən dövlətin baş nazirinə "sakit otur” dedi.


Hamı bilir ki, diplomatiya və siyasətdə "sakit otur” ifadəsi çox ağır və eyni zamanda qarşı tərəfi aşağılayan , amma bu məqamda Paşinyanın haqq etdiyi ifadə idi. Bu tək tənbeh deyil, həm də Paşinyanı bütün dünya qarşısında rəzil duruma salmaq və biabır etmək idi.


Bu ilin fevral ayında Münxendə aldığı "şillədən” sonra Paşinyanın utandığından bir daha İlham Əliyevlə debata girməyə cəsarət etməyəcəyi gözlənilirdi.
Belə məlum olur ki, siyasətdə diletant və diplomatiyadan anlayışı olmayan, ard-ardına kobud səhvlər buraxan Paşinyanı tək diplomatik zərbələr "sakit oturmağa" məcbur etməyəcək...

 

Azay Quliyev

Milli Məclisin üzvü,  

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri


OXŞAR XƏBƏRLƏR

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat veri...

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...

Prezident: "Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi"

Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ap...