Enerji içkilərinin reklamının ləğvi mümkün olacaqmı? – Qulu Məhərrəmlidən millət vəkilinə dəstək

Enerji içkilərinin reklamının ləğvi mümkün olacaqmı? – Qulu Məhərrəmlidən millət vəkilinə dəstək


Son illər gənclər arasında energetik içkilərə maraq kəskin artıb. İnsan orqanizmi üçün zərərli olan bu içkilərin satışına hər hansı məhdudiyyətin qoyulmaması həmin məhsullları daha da əlçatan edib. Digər tərəfdən, energetik içkilərlə bağlı reklam kampaniyaları yeniyetmələrin, gənclərin bu içki növünə aludəçiliyini daha da gücləndirib.

 

Mövcud vəziyyət isə cəmiyyətdə ciddi narahatlıq doğurur. Elə Milli Məclisin son plenar iclasında millət vəkili Qənirə Paşayevanın mövzuyla bağlı çıxışı bu baxımdan aktual idi. Millət vəkili enerji içkilərinin telekanallarda reklam olunmasını tənqid edərək, qanunların icrasına diqqət yetirməyin vacibliyini vurğulayıb.

  

Mövzuyla bağlı Sfera.az-a açıqlama verən teletənqidçi, əməkdar jurnalist Qulu Məhərrəmli millət vəkilinin fikirlərilə razılaşdığını bildirib:

 

"Ümumiyyətlə reklamla bağlı bütün məsələlər Azərbaycan Respublikasının Reklamlar haqqında qanunu ilə tənzimlənməlidir. İkincisi, bu reklamı efirə verən televiziya, qəzet və ya saytın nəyin zərərli, nəyin zərərsiz olduğu ilə bağlı müəyyən təsəvvürü olmalıdır. Konkret olaraq, energetik içkilərlə bağlı məsələyə gəlincə isə birmənalı şəkildə deyirəm ki, bu məhsulların reklamı dayandırılmalıdır. Xüsusilə də uşaqların və yeniyetmələrin sağlamlığı üçün təhlükəli olan bütün məhsulların reklamına qadağa qoyulmalıdır".


Xatırladaq ki, energetik içkilərin tərkibindəki kofein, taurin, quarana, jenşen kimi maddələr var. Bu üzdən mütəxəssislər hesab edir ki, enerji içkilərinin uzun müddət qəbul edilməsi insan orqanizminə öldürücü ziyan vurur, ürək əzələsinin tam yorulmasına gətirib çıxarır.

 

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

ABŞ-nin Kaliforniya Universiteti və Rusiyanın Kazan Dövlət Universitetindən ibarət beynəlxalq alimlər qrupu işığın maddə ilə qarşılıqlı təsirinin əvvəllər məlum...

Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.   B...

“Avroviziya-2024”ün birinci yarımfinalı başladı

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya” mahnı müsabiqəsi birinci yarımfinalı başlayıb.   Sfera.az xəbər verir ki, birinci yarımfinalda...

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

Yeni bir araşdırma sübut edib ki, zebralar qarşı cinsin və ya tanış qohumların diqqətini cəlb etmək və onları gəzinti və ya tanışlıq kimi birgə fəaliyyətə dəvət...

Cennifer Lopez “Met Gala 2024”ə Ben Affleksiz qatılması diqqət çəkib - FOTO

Amerikalı müğənni və aktrisa Cennifer Lopez” Met Gala 2024”ün ağ-yaşıl xalçasında təkbaşına görünməklə, Ben Affleklə evliliyində problemlərlə bağlı ...

“Dəli yığıncağı” nümayiş olunacaq

Mayın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri əsasında hazırlanan eyniadl...