Emin Əmrullayev: “Fikirlərim təhrif olunub”

Emin Əmrullayev: “Fikirlərim təhrif olunub”
"Öyrənmək məqsədli olmalıdır. Əgər valideyn övladı üçün hansısa öyrənmək imkanı yaratmaq istəyirsə, öyrənmənin məqsədlərini izah etməlidir. Bu həmçinin müəllim üçün də önəmlidir”.

Sfera.az xəbər verir ki, bunları Təhsil naziri Emin Əmrullayev Xəzər Televiziyasında yayımlanan "Vaxt gəldi” proqramında çıxışı zamanı deyib.

Nazir bildirib ki, tədris prosesin məqsədi öyrənən adama məlum deyilsə, onun motivasiyası yoxdursa, yəqin ki, öyrənmə baş vermir: "Məqsədli öyrənmə ilə bağlı mətbuatda təhrif olunan fikirləri o mənada demişdim ki, valideyn övladını bir neçə yerə hazırlığa göndərir, amma bunun məqsədi barədə övladı ilə çox az söhbət edir. Uşaq da başa düşmür ki, hazırlığa və ya məktəbə nə üçün gedir. O bunun niyəsini başa düşmürsə, ehtimal ki, öyrənmənin keyfiyyəti aşağı düşür.

Mən bunu demək istəyirdim. Təəssüf, fikrim elə təqdim edildi ki, guya öyrənmək olmaz demişəm. Demək istədiyim odur ki, məqsədli öyrənmək başqa şeydir”.

OXŞAR XƏBƏRLƏR

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.   Sfera...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİLİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndinə GETDİLƏR

Azərbaycanda səfərdə olan türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gediblər.   Sfera.az AZƏRTAC-a is...

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...