Əməkdar artistin qardaşı amansızca QƏTLƏ YETİRİLİB: \"Öz gözlərimlə gördüm...\" - FOTO

Əməkdar artistin qardaşı amansızca QƏTLƏ YETİRİLİB: \
Təxminən 3 aydır yoxa çıxan Cəlilabad sakini Mahmudov Sahibin amansızcasına qətlə yetirilməsi xəbəri eşidənləri dəhşətə gətirir.

Sfera.az milli.az-a istinadən xəbər verir ki, Sahibin qətlinin təfərrüatını duyan əməkdar artist Nahidə Orucova ailəsində baş vermiş qanlı olayı "Səni axtarıram"ın efirində danışmalı olub.

Məşhur aktrisa qəhər içində illər öncə qardaşının da Sahib kimi qətlə yetirildiyini deyib
"1997-ci ildə mənim qardaşımı da belə qətlə yetirdilər. Amansızcasına, vəhşicəsinə... Mən o ananın nələr çəkdiyini bilirəm. Çünki 25 yaşında qardaşım pula görə dəhşətli dərəcədə qətlə yetirilmişdi, yatdığı yerdə. Mən o hadisəni yaşamışam. İki bacının bir qardaşı idi. Öz gözlərimlə bütün hadisəni gördüm, dəhşətli bir hal idi. Ömür boyu o səhnə mənim gözümün önündən keçməyəcək. Təsəvvür edirəm bu ana nələr çəkir. Çox ağır dərddir".

Xatırladaq ki, Sahib bu il yanvarın 25-də Masallıda istirahət mərkəzində Əli Ələkbərli adlı şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Məlum olur ki, Əli meyiti Altay Ağamalızadə adlı tanışının köməyi ilə avtomobilə qoyularaq Neftçala rayonuna aparılıb. Orada meyit yandırılır. Meyitin tam yanmadığını görən Əli Ələkbərli və Ağamalızadə cəsədi İmişli rayonuna aparırlar. İmişli rayonunda meyit balta ilə hissələrə bölünür. Həmin şəxslər cəsədin hissələrini İmişli, Cəlilabad və Yardımlı rayonları ərazilərində basdırırlar. Hazırda təqsirli şəxslər saxlanılıblar. Onlara qarşı Cinayət Məcəllələrinin müxtəlif maddələri ilə cinayət işi açılıb.
 



OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...