Elnarə de Bribuetin uğur hekayəsi - VİDEO

Elnarə de Bribuetin uğur hekayəsi - VİDEO
Dabz brendinin əsasını qoyan inflüenser, iki uşaq anası Elnarə de Bribuet özü artıq brendə çevrilib.

Qeyd edək ki, Elnarə de Bribuet 2008-ci ildən "İmportex Trading” şirkətində  moda sahəsinin peşəkarı kimi fəaliyyət göstərir. Üç il bu şirkətin direktoru olub,  Georges Rech, Luisa Spagnoli, BCBG və digər markalarını ilk dəfə Bakıya məhz o gətirib.
 
Şəxsi istehsalınıa dərhal populyarlaşan aksesuarlarla başlayıb. Belə ki, Elnarə de Bribuetin öz köməkçiləri ilə birgə hazırladığı 6 cüt sırğa böyük marağa səbəb olub və dərhal satılıb.
 
Bundan həvəslənən dizayner kiçik, rahat bir məkan taparaq, öz dükanını açıb. Paralel olaraq  ilk geyim kolleksiyasını da yaradır və 2018-ci ildə "Four Seasons Hotel Baku”-da geyim kolleksiyasını ictimaiyyətə təqdim edir.

Hazırda dizaynerin kolleksiyaları Türkiyədə tikilib hazırlanır. İldə iki kolleksiya yaradan Elnarə de Bribuetin sırğa və geyimləri dünya ulduzları arasında da populyardır.
 
Elnarə de Bribuet özünün  "BEAUTY GUIDE #2” YUTUBE kanalında xanımlara faydalı gözəllik məsləhətləri verir. Elnarə xanım izləyicilərini dəbli obrazının hazırlanma prosesi ilə tanış edir. Bununçün o, əvvəlcə  populyar "Dİ STUDİO” salonuna gəlib. Studiyanın sahibi, peşəkar saç ustası Dmitri İskakov dizaynerçün xüsusi yeni saç qulluğu formulu hazırladıqlarını bildirib və söyləyib ki, sözügedən formula sayəsində eyni vaxtda həm saçların rəngi dəyişəcək,
həm də strukturu bərpa olunacaq. 
 
Dmitri İskakov həmçinin qeyd edib ki, təqdim edilən saş qulluğu formulu istənilən saç tipi üçün effektlidir. Saçlara xüsusi parlaqlıq verir, onları nəmləndirir, hamarlayır  və s.  Bunun ardınca Elnarə de Bribuetin saçları salonun peşəkar komandasının ixtiyarına verilib. Bütün proses ardıcıl olaraq izləyicilərə təqdim olunub.
 
Saçlar hazır olduqdan sonra Elnarə de Bribuet izləyicilərinə öz gündəlik make up-ı haqda məlumat verib və bunu ilk dəfə etdiyini vurğulayıb. Dizayner üstünlük verdiyi "PAESE” kosmetika brendinin özəliklərindən danışıb və öz üzərində həmin kosmetikanın əyani tətbiqini nümayiş etdirib.
Sonda Elnarə de Bribuet izləyicilərini öz yutube kanalına abunə olmağa dəvət edib və bildirib ki, ən çox bəyənmə qazanan şərhin sahibi "PAESE” kosmetika brendindən maraqlı hədiyyə əldə edəcək.

Sfera.az sözügedən videogörüntünü izləyicilərinə təqdim edir.
 
Selcan

OXŞAR XƏBƏRLƏR

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...