“ELMAN RÜSTƏMOVUN ƏLEYHİNƏ SƏS VERDİM...” - \"Bəzi müəssisələrin fəaliyyəti bərpa olunmalıdır\"

“ELMAN RÜSTƏMOVUN ƏLEYHİNƏ SƏS VERDİM...” - \
 

"Hökumətin 420 səhifəlik hesabatı ilə tanış olmuşam. Hesabatın 107-108 səhifələri ölkədə sənaye potensialının gücləndirilməsi haqqında görülən işlərə həsr edilib. 2008-ci ildə dünyada böyük iqtisadi böhran baş verdi, neftin qiyməti 147 dollardan 30 dollara düşdü, 4 aydan sonra yenidən 100 dollar üzərinə qalxdı. O zaman biz bu böhrandan bir o qədər də ziyanla çıxmadıq.İkinci dəfə 2014-cü ildə böhran baş verdi. Onda da neftin qiyməti 50 dollara düşdü. Bu zaman biz manatımızı iki dəfə ucuzlaşdırmaq məcburiyyətində qaldıq, ölkədə devalvasiya baş verdi. Bu artıq üçüncü böhrandır. Adətən 6 ildən bir belə böhran baş verir. İndi də neftin qiyməti 20-25 dollar civarına düşüb”.

Sfera.az xəbər verir ki,bunları Milli Məclisdə Hökumətin 2019-cu ildə Fəaliyyəti Haqqında Hesabatının müzakirəsi zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev deyib.Millət vəkili xatırladıb ki, ikinci böhran zamanı manatın devalvasiyasına getmək məcburiyyətində qaldıqdan sonra qeyri-neft sektorunun inkişafı məsələsi daha da aktuallaşıb: "O zaman "Yol Xəritəsi” qəbul olundu və qərara gəldik ki, neftdən asılılığa son qoyaq. Amma çox təəssüf ki, sonradan neftin qiyməti 60-65 dollara qalxdı və görülən işlərin sürəti sanki bir qədər səngidi.2008-ci il böhranı zamanı ABŞ-da Ağ Evin aparat rəhbəri Çorçilə aid olduğu iddia olunan ifadəni işlətdi: "Heç vaxt imkan vermə ki, böyük böhran hədər getsin”. Yəni bu böhrandan nəticə çıxarmaq lazımdır. Biz birindən nəticə çıxarmamışıq, ikinci böhrandan az nəticə çıxarmışıq, bu üçüncü böhrandır. Hesab edirəm ki, bu böhran bəlkə də böyük təlatümlərsiz iqtisadiyyatımızı neftdən asılılıqdan qurtarmaq üçün bizə verilmiş şansdır.İcmal hesabatın 31-ci səhifəsində qeyd edilir ki, 2019-cu ildə sənaye sektoruna 8 milyard 628 milyon manat sərmayə yatırılıb. Əsas kapitala yönəldilən vəsaitin 50,2 % sənayedə istifadə olunur. Amma 2018-cu illə müqayisədə 1,8 % çox məhsul istehsal olunub. Bzim idxaldan asılılığımız hər il artır. Özü də bu iki rəqəmlə müşahidə olunur. Ona görə də demək istəyirəm ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün ciddi işlər görülməlidir. Təklif edirəm ki, ilk növbədə hökumət bizneslə məşğul olmaqdan imtina etməli, böyük özəlləşmə həyata keçirməlidir. İri şirkətlər, səhmdar cəmiyyətlər - hansılar ki, xaricdən borc götürürlər və bir çox hallarda səmərəli istifadə olunmur, sonradan onu dövlət büdcəsindən qaytarmaq məcburiyyətində qalırıq - özəlləşdirilməlidir. Xidmət sahələri ya özəlləşdirilməli, ya da idarəetməyə verilməlidir. Kölgə iqtisadiyyatını aradan qaldırmaq üçün nağdsiz ödənişlərə gedilməlidir. Belə bir addım atılmadan kölgə iqtisadiyyatının qarşısını almaq mümkün deyil”.

"Sahibkarların ucuz kreditlərə çıxışı təmin olunmalıdır”

BAXCP sədri əlavə edib ki, Elman Rüstəmovun Mərkəzi Bankın idarə Heyətinin üzvü seçilməsinin əleyhinə səs verib: "Ona görə ki, Elman müəllim hesab edir ki, Mərkəzi Bankın əsas işi manatın sabitliyini saxlamaqdan ibarətdir. İqtisadiyyatın inkişafı üçün bank sektoru qan-damar sistemidir. Sahibkarların ucuz kreditlərə çıxışı təmin olunmalıdır. Hesab edirəm ki, Mərkəzi Bank yalnız manatın kursunun sabit saxlanılması haqqında düşünməməlidir”.Millət vəkili kənd təsərrüfatı sahəsi haqqında danışarkən bildirib ki, bu sahədə hazır məhsula görə dotasiya verilməlidir: "Ucuz kreditlər verilməlidir ki, iş görsünlər, sonra məhsulu satsınlar və dövlət bunun qarşılığında onlara pul versin.Sonra elm-təhsil sahəsinə ayrılan vəsait iki dəfə artırılmalı, tikintiyə ayrılan vəsait isə növbəti büdcələrdə iki dəfə azaldılmalıdır.Bundan başqa, cənab Prezident modul tipli 6 xəstəxananın tikilməsinə büdcədən 14,8 milyon manat ayırdı. Bizdə "Kristal Holl” var, idman kompleksləri var. Bunları xəstəxanaya çevirmək olardı və ayrılan vəsait istehsal müəssisələrinə yönəldilə bilərdi”.Millət vəkili iclasın gedişində komitə sədrlərinə hökumətin hesabatının müzakirəsində növbədənkənar söz verilməsinə etiraz edib.

"Bəzi müəssisələrin fəaliyyəti bərpa olunmalıdır”

Millət vəkili həmçinin "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı da fikirlərini bölüşüb. O bildirib ki, Nazirlər Kabinetinin məhdudiyyətlərin Milli Məclisin üzvlərinə şamil olunmaması ilə bağlı qərarı ilə bundan əvvəl yaşı 65-dən yuxarı olan şəxslərin küçəyə çıxmasına qadağa qoyulması ilə bağlı qəbul etdiyi qərar arasında ziddiyyət var: "Konstitusiyanın 102-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərin deputatlara şamil edilmədiyini qanun layihəsinə daxil etsəydik, məsələ bununla da yekunlaşardı. Təəssüf ki, belə olmadı”.

BAXCP sədri bəzi mağazaların bağlanmasına da münasibət bildirib: "Tibbi maskalardan istifadə etmək şərti ilə bəzi müəssisələrin fəaliyyəti bərpa olunmalıdır. Kənd təsərrüfatı üçün gübrə satan mağazaların fəaliyyətinə icazə verilməlidir. Rayonlarda bir sıra istixanalarda yetişdirilən məhsullar elə orada da qalır. Hətta bəzi sahibkarlar deyir ki, icazə verin, məhsullarımızı Bakıya gətirib əhaliyə pulsuz paylayaq”.



OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır"

Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayı...

“Qazprom” qiymətləri artırmaq istəyir, Ermənistan Bakıdan qaz ala bilərmi? - AÇIQLAMA

“Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. ...

Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə TƏŞƏKKÜR ETDİ

Azərbaycanın enerji sektorunda, xüsusilə külək, günəş enerjisi sahəsində 2030-cu ilə qədər faiz göstəricisini artıracağı çox gözəl xəbərdir.   Sfera....

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.   Sfera...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİRLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...