Ekspert: “SOCAR-ın Türkiyədəki vətəndaşlarımıza dəstəyi müsbət qarşılanmalıdır”

Ekspert: “SOCAR-ın Türkiyədəki vətəndaşlarımıza dəstəyi müsbət qarşılanmalıdır”
 

Koronavirus pandemiyasının yayılması nəticəsində çətinliklərlə üzləşmiş xaricdə təhsil alan, səyahətdə olan Azərbaycan vətəndaşlarına yardım edilməsi, onların təxliyə olunması istiqamətində işlər görülür. Rəsmi məlumatlara görə, 15 minə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdən təxliyə edilib və onların böyük əksəriyyəti karantinə yerləşdirilib.

Bu gün Azərbaycan vətəndaşlarının ən çox səyahət etdiyi, tələbələrinin ən çox təhsil aldığı ölkələrdən biri Türkiyədir. Koronavirus pandemiyasına görə Azərbaycana qayıda bilməyən bu ölkədəki vətəndaşlara yardım məqsədilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə dəstəyi Azərbaycan Təhsil Nazirliyi və Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə dəstək fondu yaradıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin göstərişinə uyğun olaraq birgə həyata keçirilən dəstək layihəsi çərçivəsində Türkiyədə 10 mindən çox Azərbaycan vətəndaşının sığınacaq, əsas qida vasitələri, nəqliyyat kimi ehtiyacları öz həllini tapacaq.

Təhsil eksperti Nadir İsrafilov "Report"a bildirib ki, Türkiyədəki Azərbaycan vətəndaşı və tələbələrinin sığınacaq, qida və nəqliyyat ehtiyaclarının ödənilməsini nəzərdə tutan bu addımı çox müsbət qiymətləndirmək lazımdır:

"Bu çətin günlərdə bu cür təşəbbüs göstərilməsi, vətəndaşlarımızın qayğısına qalınması, yardım əlinin uzadılması təqdirəlayiq addımdır. Çətin vəziyyətdə qalan vətəndaşlarımızın, xüsusilə tələbələrimizin problemlərinin həll olunması yaxşı haldır. Çox sağ olsunlar ki, belə addım ataraq onların yaşayış və digər çətinliklərini öz üzərlərinə götürüblər. Onlar bizim vətəndaşlarımızdır və sevindirici haldır ki, çətin vəziyyətdə onlara dəstək olurlar. Ümumiyyətlə, xaricdəki Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi üçün çox işlər görülüb. Mən bütün bu görülən işləri çox müsbət qiymətləndirirəm”.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb....

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...