Cadugərlikdə şübhəli bilinən 12 nəfər 400 ildən sonra bəraət qazandı
ABŞ-ın Konnektikut ştatı təxminən 400 il əvvəl müstəmləkəçi Amerikada cadugərlikdə günahkar bilinən 12 nəfərin adlarını təmizləmək kampaniyasından sonra bəraət qazanıb. Sfera.az bildirir ki, 1600-cü illərin ortalarında Konnektikut ştatının şimal-şərqində keçirilən məhkəmələrdən sonra 11 təqsirləndirilən cadugər asılıb, digər birinə isə möhlət verilib. Nyu-İngiltərə bölgəsində (Men, Vermont, Nyu-Hempşir, Massaçusets, Konnektikut və Rod-Aylend) qanunvericilər onların təqsirsizliyini etiraf edən,