Logo

Moskva Ukraynanın hava hücumundan necə qorunur? – Peskov cavabladı

Moskva Ukraynanın hava hücumundan necə qorunur? – Peskov cavabladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvaya edilən hücumlardan danışıb.

Sfera.az bildirir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırıb. “Rusiya Federasiyasının Müdafiə Nazirliyi və hava hücumundan müdafiə sistemi, eləcə də regional hakimiyyət orqanları Moskvaya pilotsuz təyyarələrin hücumu zamanı düzgün və yaxşı işləyiblər”, - deyə Peskov deyib.

Mətbuat katibinə Kremlin paytaxtın təhlükəsizliyini necə qiymətləndirdiyi barədə sual da ünvanlanıb.

O, fikirlərini bu cür ifadə edib: "Paytaxtın təhlükəsizliyini şərh edə bilmərəm. Yalnız bir daha təkrar edə bilərəm ki, Müdafiə Nazirliyi, hava hücumundan müdafiə sistemi yaxşı işləyib”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR