Müğənni bir daha Rusiyada çıxış etməyəcəyini bildirib
Əslən Latviyadan olan müğənni Laima Vaykule “Current Time” telekanalına müsahibəsində bir daha Rusiyada çıxış etməyəcəyini bildirib. Sfera.az bildirir ki, müğənninin sözlərinə görə, siyasətlə maraqlanmayan hər kəs axmaqdır: "Və bu mənim fikrim deyil, bu, Yunanıstandan gələn qədim sözdür, siyasətlə maraqlanmayan insanlara belə deyiblər." Sənətçi qeyd edib ki, Ukraynadakı müharibə ilə bağlı xəbərləri izləyir, lakin Rusiya televiziyasına baxmır, çünki onlar xəbərləri “tam yalan, həyasız, çirkin”