İcarəyə götürülən \"Lamborghini\" tamamilə yanaraq külə çevrildi - FOTO

İcarəyə götürülən \

Rusiya paytaxtının mərkəzində “Lamborghini” markalı avtomobil yanıb.


Sfera.az bildirir ki, bu barədə Rusiya KİV-i Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən xəbər yayıb.
Xilasedicilər tələfat olmadığını bildiriblər.


Yanğından sonra premium avtomobildən yalnız qaralmış ərimiş korpus qalıb.


Avtomobil bir günlük 200 min rubla icarəyə götürülüb. Xilasedicilər hadisə yerinə gələndə avtomobildən demək olar ki, heç nə qalmayıb. Yanğının səbəbi hələ müəyyən edilməyib.


Şəbəkədə görünən video və fotolarda avtomobilin mühərrik hissəsinin hərəkət zamanı alışdığını ehtimal etmək olar. Sürücü dərhal nə baş verdiyini anlamayıb və öz gücü ilə yanğını söndürməyə çalışıb. Xilasedicilər hadisə yerinə gələndə avtomobil demək olar ki, tamamilə yanıb. Nəticədə avtomobildən yalnız qaralmış ərimiş kuzov və təkərlər qalıb.


Rusiya mediası yanmış premium avtomobili Kirill adlı şəxsin bir gün üçün 200 min rubla icarəyə götürdüyünü yazıb. Adamın sözlərinə görə, o, geri dönəcəyini gözlədiyi 300 min girov da ödəyib.



Avtoklubun saytında idman avtomobili yeni kimi qeyd olunub. Bu ilin iyul ayının ortalarında qeydə alınıb.



Xatırladaq ki, son zamanlar Rusiyada avtomobil zavodlarında yanğınlar sanki, kütləvi hal alıb. Ötən gün Moskva vilayətində irimiqyaslı yanğın qeydə alınıb. Yanğın “Lada-Yaxroma” avtosalonunun yaxınlığında baş verib. İki plastik və rezin anbarı yanıb. Yanğının 2,5 min kvadratmetr ərazini əhatə etdiyi bildirilib. Xilasedicilər hadisə yerində olub, xəsarət alan olmayıb.



Həmçinin avqustun 3-də Moskva vilayətinin Voskresenski rayonunda Açkasovo kəndi yaxınlığında keçmiş “Krasnı Stroitel” zavodunun ərazisindəki oksigen-akkumulyator anbarında irimiqyaslı yanğın baş verib. Ehtimallara görə, fövqəladə vəziyyət elan olunmazdan əvvəl şahidlər partlayış səsi eşidiblər. Yanğın emalatxananın 200 kvadratını əhatə edib və yanğına ikinci mürəkkəblik dərəcəsi verilib. Binadan 7 nəfərin təxliyə edildiyi bildirilib. Zərərçəkən yoxdur.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...