Bred Pitt 15 yaşlı qızının yeni işinə reaksiya verdi
Amerikalı aktyor Bred Pitt keçmiş həyat yoldaşı Ancelina Colinin 15 yaşlı qızını işə düzəltmək fikrini dəstəkləmir. Sfera.az bildirir ki, keçmiş ulduz həyat yoldaşları yenidən mübahisə ərəfəsindədir. Mənbələr jurnalistlərə bildiriblər ki, aktyor qızı Vivyenin anası ilə teatrda işləməsi fikrini bəyənmir. Pitt bundan məmnun deyil, onu əyləncə sənayesində istəmədiyi üçün deyil, münasibətlərinə təsir edəcəyinə inandığı üçün bundan narazıdır. "O, düşünür ki, bu, Ancelinanın qızı ilə arasını kəsmək