Bred Pitt 15 yaşlı qızının yeni işinə reaksiya verdi
Amerikalı aktyor Bred Pitt keçmiş həyat yoldaşı Ancelina Colinin 15 yaşlı qızını işə düzəltmək fikrini dəstəkləmir.
Sfera.az bildirir ki, keçmiş ulduz həyat yoldaşları yenidən mübahisə ərəfəsindədir.
Mənbələr jurnalistlərə bildiriblər ki, aktyor qızı Vivyenin anası ilə teatrda işləməsi fikrini bəyənmir. Pitt bundan məmnun deyil, onu əyləncə sənayesində istəmədiyi üçün deyil, münasibətlərinə təsir edəcəyinə inandığı üçün bundan narazıdır.
"O, düşünür ki, bu, Ancelinanın qızı ilə arasını kəsmək üçün növbəti cəhdidir"-deyə mənbələr bildirib. "Vəziyyət Bred və Ancelina arasında tamamilə yeni bir müharibə başladıb. Təbii ki, Bred Viviennenin həvəsli olduğu bir işi tapmasına sevinir, lakin bu prosesdə onu itirə biləcəyindən narahatdır."
15 yaşlı Vivyen isə anası ilə teatrda işləməyə başlaya bilər.
"O, teatr haqqında çox düşüncəli və ciddidir və ən yaxşı şəkildə töhfə vermək üçün çox çalışır" - deyə Ancelina Coli qızının işi haqqında danışarkən bildirib.
Xatırladaq ki, keçmiş cütlüyün altı övladı var: 21 yaşlı Maddox, 19 yaşlı Pax, 18 yaşlı Zahara, 17 yaşlı Şilo və əkizlər Noks və 15 yaşlı Vivyen.
2016-cı ildə boşanma başlayandan onlar vərəsələrin qəyyumluğu üçün mübarizə aparırlar. Pitt 2021-ci ildə birgə qəyyumluq ala bilib, lakin Coli bununla mübarizə aparıb.
Aynil
Sfera.az