Cill Bayden yenidən koronavirusa yoluxdu
ABŞ-ın birinci xanımı Cill Bayden COVID-19-a yoluxub, onda xəstəliyin yüngül əlamətləri müşahidə olunur. Sfera.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin bəyanatında deyilir. "Bu axşam birinci xanımın COVID-19 testi müsbət çıxıb. Hazırda onda yalnız yüngül əlamətlər var. O, Delaver ştatının Rexobot-Biç şəhərindəki evində qalacaq", - xəbərdə deyilir. Xatırladaq ki, bu, ABŞ-ın birinci xanımı ikinci dəfədir koronavirusa yoluxur. Belə ki, 2022-ci ilin avqustunda da Cill Baydenin