Ruslar Donetsk bölgəsinə 22 zərbə endirdilər - itkilər var
Son sutka ərzində işğalçılar Donetsk vilayətinin 15 yaşayış məntəqəsini atəşə tutublar, hava zərbələri endiriblər. Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Telegram kanalında məlumat verilib. Qeyd olunur ki, düşmən gün ərzində yaşayış məntəqələrinə və mülki infrastruktura 22 zərbə endirib, mülki itkilər var. Bildirilir ki, ruslar Pokrovsk, Avdeevka, Toretsk, Baxmut, Konstantinovka, Yujnoe və Jeleznoe şəhərlərini, Novoaleksandrovka kəndini, Juravka, İlyinka,