Çində 900 illik taxta körpü yandı
Çinin 900 ildən çox əvvəl tikilmiş ən uzun taxta tağlı körpüsü Pingnan Wan'an yanğın nəticəsində çöküb. Sfera.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Mənbənin sözlərinə görə, yanğın avqustun 6-da körpünü bürüyüb, yanğının ilk 20 dəqiqəsində strukturun gövdəsi demək olar ki, tamamilə yanıb. Yerli vaxtla saat 22:45-də yanğın tamamilə söndürülüb. "Hazırda körpü yanıb və dağılıb, heç kim xəsarət almayıb", - Çin Mərkəzi Televiziyası bildirib. Pekin Universitetinin qədim