İrəvan KTMT-dən ümidini kəsdi
KTMT-nin hələ də lazımi cavab verməməsi faktı o deməkdir ki, bizim gözləntilərimiz özünü doğrultmayıb. Sfera.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Azadlıq Radiosu”nun erməni bürosuna müsahibəsində deyib. O qeyd edib ki, rəsmi İrəvanın KTMT-dən tələbi olub, amma bu hələ də yerinə yetirilməyib: “Təbii ki, bu hissə bizi qane edə bilməz. Qazaxıstanda baş verən hadisələr zamanı mən ümidvar idim ki, KTMT mexanizmləri nəhayət işləyəcək, presedent yaranacaq.