Çinin ən böyük telekommunikasiya operatorunun binası yandı - VİDEO
Kateqoriya məlum deyil
Çinin ən böyük telekommunikasiya operatoru "China Telecom"un Çanqşadakı binasında yanğın baş verib.
Sfera.az xəbər verir ki, 42 mərtəbəli "China Telecom"un binası sürətlə alışıb.
Hunan əyalətinin yanğınsöndürmə departamenti hadisə yerinə 36 yanğınsöndürən maşının və 280 yanğınsöndürənin cəlb olunduğunu bildirib.






