Paşinyan:“Deyirlər ki, torpağımızı itirmişik, Qarabağ bizim deyildi”
“Deyirlər ki, biz torpağımızı (Qarabağı nəzərdə tutur - red.)) itirmişik. Bu torpaq necə bizim ola bilər? Zəhmət olmasa, izah edin, necə bizim ola bilər?” Sfera.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiöncəsi kampaniya çərçivəsində Sünik bölgəsində seçicilərlə görüşdə bildirib: “Ölülərin arxasınca danışmaq istəmirəm, amma deyək ki, bu ərazi, məsələn, orada buğda yetişdirən bir neçə generalın nəzarəti altında idi. Bəs bizim olduğu sayılırdı? Necə? İzah edin necə?