Logo

Beynəlxalq Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib

Beynəlxalq Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Beynəlxalq Gimnastika Federasiyasının (FİG) sabiq prezidenti Bruno Qrandi vəfat edib.

Sfera.az-ın APA-ya istinadən verdiyi  məlumata görə, italiyalı qurum rəhbəri 85 yaşında dünyasını dəyişib.

Karyerasına gimnast kimi başlayan italiyalı sonradan məşqçi kimi fəaliyyətini davam etdirib. Ardınca məmur kimi pillə-pillə irəliləyən B. Qrandi 1978-ci ildə Avropa Gimnastika İttifaqının (UEG) yaradılmasında böyük pay sahibi olub. 1977-2000-ci illərdə İtaliya Gimnastika Federasiyasının prezidenti, 1982-1989-cu illərdə UEG-in vitse-prezidenti, 1996-2006-cı illərdə FİG-in prezidenti vəzifəsini icra edib. 2000-2004-ci illərdə isə Beynəlxalq Olimpiya Komitəsinin üzvü olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR