Zelenski Putini Hitlerlə müqayisə etdi – Trampa da etiraz etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putini Adolf Hitlerlə müqayisə edib.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putini Adolf Hitlerlə müqayisə edib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski bu barədə BBC-yə müsahibəsində danışıb.
O, ABŞ Prezidenti Donald Trampın Putinlə bağlı “dostum” ifadəsini işlətməsini qəribə hesab etdiyini bildirib.
“Putin təcavüzkar və qatildir. O, dost ola bilməz. İkinci Dünya müharibəsi zamanı kimsə Hitlerin yaxşı dost olduğunu desəydi, bu, necə görünərdi? Xeyr, o, dost deyil”, - Zelenski vurğulayıb.
Qeyd edək ki, Donald Tramp noyabrın 19-da Çində keçirilən görüş zamanı Putini “dostum” adlandırıb. Daha sonra iki liderin əl sıxarkən çəkilmiş fotosunu paylaşaraq “Mənim dostum” ifadəsini işlədib.
Zelenski müsahibəsində ABŞ-ın Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətindəki mövqeyini də tənqid edib. O, Vaşinqtonun Rusiyaya daha ciddi təzyiq göstərməli olduğunu bildirib.






