2027-ci illə bağlı XƏBƏRDARLIQ - BU ÖLKƏLƏRİ BÖHRAN GÖZLƏYİR
Avropa İttifaqına (Aİ) üzv ölkələrdə yaxın gələcəkdə siyasi elitanın dəyişməsi birliyin daxilindəki həmrəyliyi zəiflədə bilər.
Sfera.az bildirir ki, bu fikri Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun Avropa təhlükəsizliyi şöbəsinin rəhbəri, MGIMO professoru Dmitri Danilov RİA Novosti-yə müsahibəsində bildirib.
“Düşünürəm ki, siyasi elitanın dəyişməsi daxili siyasi qüvvələr nisbətinin necə dəyişməsindən asılı olmayaraq, şübhəsiz ki, Aİ daxilində birliyin sarsılmasına səbəb olacaq amillərdən biri olacaq”, – deyə ekspert qeyd edib.
Danilovun sözlərinə görə, hazırda Avropa ölkələrində seçicilərin mövqeyi mövcud siyasi liderlərin həyata keçirdiyi xarici siyasət proqramlarına qarşı müqavimət istiqamətində dəyişir.
O bildirib ki, hakimiyyətə gələcək yeni siyasi elitalar hazırkı siyasi kursu, xüsusilə Ukraynaya dəstəyi və Rusiyanın qarşısının alınması siyasətini daha az dəstəkləyəcəklər.
2027-ci ilin sonunadək Fransa, Polşa, İtaliya, Finlandiya, Yunanıstan, Estoniya və Slovakiyada seçkilərin keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, noyabrın 29-da İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək.
Qeyd edək ki, daha əvvəl Aİ liderlərinin birliyin yeddiillik büdcəsi ilə bağlı danışıqlarının siyasi böhranla nəticələndiyi məlum olub. Dörd ölkənin nümayəndələri Avropa Şurasının sədri Antonio Koştanın kompromis əldə etmək cəhdlərinə baxmayaraq, görüşləri tərk ediblər.
Fatimə
Sfera.az






