Avropanın Ukrayna danışıqlarına qoşulması prosesi çətinləşdirə bilər
Avropa ölkələrinin Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlara qoşulması prosesi daha da mürəkkəbləşdirə bilər.
Sfera.az xəbər verir ki, bu barədə Sankt-Peterburq Dövlət Universitetinin Avropa Araşdırmaları kafedrasının dosenti, Ali İqtisadiyyat Məktəbinin eksperti Aleksey Çixaçev “Lenta.ru”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının vahid nümayəndəsinin danışıqlara qatılması konstruktiv gündəlik formalaşdırılmadığı təqdirdə müzakirələrə müsbət təsir göstərməyəcək.
Ekspert hesab edir ki, Brüssel nümayəndəsi danışıqlar zamanı Rusiyanın mövqeyini tənqid edən əvvəlki ritorikanı təkrarlamaqla kifayətlənə bilər. Bu isə nizamlanma prosesinə əlavə maneələr yaradacaq.
Çixaçev Avropanın bəzi siyasi liderlərinin Rusiya ilə dialoqa başlamaq təşəbbüslərini də könülsüz şəkildə irəli sürdüklərini iddia edib. O, Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störenin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığını xatırladıb. Ekspertin fikrincə, sonradan bu təmasların məcburi addım kimi təqdim edilməsi Avropa siyasi elitasının Moskva ilə danışıqlara hazır olmadığını göstərir.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Moskva ilə Avropa arasında dialoqun dayandırılmasında Avropa ölkələrini günahlandırıb. O bildirib ki, Rusiya heç vaxt Avropa ilə danışıqlardan imtina etməyib.
Fatimə
Sfera.az






