Rusiya ilə Ukrayna razılığa gəldi
Kateqoriya məlum deyil
Ukrayna və Rusiya Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər.
Sfera.az xəbər verir ki, bu barədə Azadlıq Radiosunun Ukrayna xidməti Ukrayna nümayəndə heyətindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, genişmiqyaslı mübadilənin yaxın gələcəkdə baş tutacağı gözlənilir.
Qeyd edək ki, bu gün Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında üçtərəfli danışıqları keçirilib. Danışıqların birinci günü 4 saatdan çox davam edib. Üçtərəfli görüşün noyabrın 11-də davam etdiriləcəyi bildirilib./APA






