Rusiyaya casusluq edən iki ukraynalı saxlanıldı
Kateqoriya məlum deyil
Rusiya kəşfiyyatı adından casusluq və təxribat törətməkdə şübhəli bilinən iki Ukrayna vətəndaşı Polşada saxlanılıb.
Sfera.az xəbər verir ki, bu barədə Polşa Daxili Təhlükəsizlik Agentliyi (ABW) məlumat yayıb.
Agentliyin məlumatına görə, həmin şəxslər Rusiya kəşfiyyat orqanlarının əmrlərini yerinə yetiriblər, o cümlədən ölkə daxilində vacib infrastruktur və hərbi obyektlər haqqında məlumat toplayıblar.
Prokurorluq hər iki saxlanılan şəxsi Polşaya qarşı xarici kəşfiyyatın maraqları naminə casusluqda, eləcə də təxribat törətməkdə ittiham edib.






