Bu ölkədə matəm elan edildi
Kateqoriya məlum deyil
Bolqarıstanda "Trakiya" avtomaqistralında baş verən iki zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində 12 nəfərin həlak olması ilə əlaqədar 11 noyabr milli matəm günü elan edilib.
Sfera.az xəbər verir ki, bu barədə Bolqarıstan mediası ölkənin Baş naziri Rumen Radevin açıqlamasına istinadən məlumat yayıb.
"Bu gün bütün Bolqarıstan üçün faciəli gündür. Qəza nəticəsində 12 nəfər ölüb, daha onlarla şəxs xəsarət alıb. Onlar Burqas, Sliven və Yambolun tibb müəssisələrinə çatdırılıblar", - o bildirib.






