Logo

ABŞ İrandan ehtiyat etdi - Britaniyadakı təyyarələr çıxarılır

ABŞ İrandan ehtiyat etdi - Britaniyadakı təyyarələr çıxarılır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ hərbçiləri İrandan qaynaqlanan təhlükə ilə əlaqədar Böyük Britaniyadakı daha bir hərbi hava bazasından təyyarələri köçürüblər.

Sfera.az Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qəzetin məlumatına görə, noyabrın 9-da ABŞ hərbçiləri İngiltərədəki RAF Mildenhall bazasında yerləşən təyyarələri Almaniyaya və digər məkanlara köçürüblər. Bazar ertəsi səhər saatlarında bazadan istifadə edən iki yanacaqdoldurma təyyarəsi Almaniyaya yönləndirilib, daha sonra isə bir neçə digər tanker təyyarəsi də başqa məkanlara aparılıb.

Məlumata əsasən, RAF Mildenhall və yaxınlıqdakı RAF Lakenheath bazalarında təhlükəsizlik səviyyəsi ABŞ ordusunun FPCON Charlie adlanan yüksək hazırlıq səviyyəsinə qaldırılıb. Bu səviyyə kəşfiyyat məlumatlarının terror hücumu ehtimalının yüksək olduğunu göstərdiyi hallarda tətbiq edilir. Bununla belə, ABŞ rəsmiləri təhlükənin konkret xarakteri və onun nə dərəcədə təcili olması barədə açıqlama verməyiblər.

Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndəsi isə bildirib ki, digər ölkələrin hərbi fəaliyyətinə dair şərh vermirlər və təyyarələr əməliyyat ehtiyaclarına uyğun olaraq mütəmadi şəkildə yerlərini dəyişirlər./APA

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR