Logo

Rusiya raketləri artıq kosmosda da hədəf olacaq

Rusiya raketləri artıq kosmosda da hədəf olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna atmosferdən kənara çıxan Rusiya ballistik raketlərinin qarşısını almaq məqsədilə yeni silah sistemlərini sınaqdan keçirib.

Sfera.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian“ nəşri məlumat yayıb.

Məlumata görə, Ukrayna kosmosa yaxın yüksəkliklərdə raketlərin məhv edilməsi üçün nəzərdə tutulan sistemləri azı üç dəfə sınaqdan keçirib.

Ukrayna Ali Radasının Müdafiə Komitəsinin dövlət təhlükəsizliyi üzrə alt komitəsinin rəhbəri Fedir Venislavski bildirib ki, ölkə atmosferdən kənarda hədəflərin vurulmasına imkan verən sistemlərin buraxılışını artıq nümayiş etdirib.

Onun sözlərinə görə, hazırda əsas məqsəd bu sistemlərin istehsalına nail olmaqdır. Lakin müharibənin yaratdığı böyük maliyyə ehtiyacları layihənin həyata keçirilməsini çətinləşdirir.

Qeyd olunur ki, Ukraynanın bu istiqamətdə fəaliyyətini gücləndirməsinin səbəblərindən biri Rusiyanın “Oreşnik” ballistik raketlərindən istifadə etməsidir. Həmin raketlər uçuş zamanı atmosferdən kənara çıxaraq döyüş başlıqlarını hədəfə yönəldə bilir.

Bununla yanaşı, Ukrayna kosmik rabitə imkanlarını da genişləndirməyə çalışır. Ölkə Danimarkanın “GomSpace” şirkəti ilə birlikdə müstəqil rabitə şəbəkəsinin yaradılması üçün nəzərdə tutulan ilk sınaq peyki “Obria Nano”nu orbitə çıxarıb.

Layihə çərçivəsində gələcəkdə təxminən 245 peykdən ibarət rabitə şəbəkəsinin yaradılması nəzərdə tutulur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR