Güclü zəlzələ bu ölkəni silkələdi
Kateqoriya məlum deyil
Yaponiyanın Honsyu adasında, Tokio yaxınlığında yerləşən İbaraki prefekturasının sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Tokionun mərkəzində də hiss olunub.
Məlumata görə, sunami təhlükəsi yoxdur.






