polis arasında toqquşma
Fransada etirazçılarla polis arasında toqquşma baş verdi
Fransanın Lion şəhərində etirazçılarla polis arasında toqquşma baş verib. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Sfera.az xəbər verir ki, məlumata görə, Lionun mərkəzinə yaxın ərazidə yolu qısa müddətə bağlamağa çalışan təxminən 150 etirazçıya qarşı polis gözyaşardıcı qaz tətbiq edib. Həmin ərazidə nümayişlərin keçirilməsi qadağan olunub. Fransada etirazlar yaşayış xərclərinin artması, ictimai xidmətlərdəki problemlər və təhsil sahəsindəki çətinliklərlə bağlıdır.
Dünya24.10.2026 16:44

