“Stick Run” oyununun yaradıcısı 30 yaşında vəfat etdi
Məşhur onlayn oyun olan “Stick Run”ın yaradıcısı və sosial media fenomeni Manuel Otto 30 yaşında həyatını itirib. Almaniyada yaşayan oyun tərtibatçısının “Twitch” platformasında canlı yayım zamanı özünü yandırdığı bildirilir.
Sfera.az xəbər verir ki, Manuel Ottonun ölümü ilə bağlı ilk açıqlamanı oyunun komandası yayıb. Açıqlamada onun iştirak etdiyi canlı yayından xəbərdar olduqları və hadisənin intihar ola biləcəyi bildirilib.
Daha sonra komanda Ottonun vəfat etdiyini təsdiqləyərək, ictimaiyyəti təsdiqlənməmiş məlumatları yaymamağa çağırıb. Hadisədən sonra "Twitch" platformasının canlı yayımı və onun qeydini sildiyi bildirilir.
Lakin hadisənin təfərrüatları ilə bağlı əlavə rəsmi məlumat verilməyib.
Qeyd edək ki, Manuel Otto hələ 14 yaşında olarkən "Stick Run" oyununu hazırlayıb. Oyun sonrakı illərdə dünya üzrə milyonlarla istifadəçinin diqqətini cəlb edib.
İradə Elsevər






