No Kings
ABŞ-də Trampa qarşı “Krallar yoxdur” etirazları keçirildi
ABŞ-nin bir sıra şəhərlərində prezident Donald Trampa qarşı “Krallar yoxdur” (“No Kings”) şüarı altında kütləvi etiraz aksiyaları keçirilib. Sfera.az xəbər verir ki, Nümayişçilər bərabər hüquqların təmin olunmasını və aralıq seçkilərində erkən səsverməyə qatılmağı çağırıblar. Paytaxt Vaşinqtonda etirazçılar Linkoln Memorialının yaxınlığında Trampın kağız və digər yüngül materiallardan hazırlanmış fiqurunu daşıyıblar. Los-Ancelesdə isə nümayişçilər şəhər meriyasının qarşısına toplaşıblar.
Dünya19.10.26, 15:12

