ABŞ-nin müharibədəki itkiləri açıqlandı - Ən çox PUA-lar vurulub

ABŞ-nin müharibədəki itkiləri açıqlandı - Ən çox PUA-lar vurulub
Kateqoriya məlum deyil
T

ABŞ Silahlı Qüvvələrinin İranla münaqişə başlayandan bəri itirdiyi hərbi aviasiya vasitələrinin sayı açıqlanıb. Məlumata görə, ABŞ ordusu bu müddət ərzində 25 hərbi təyyarə, 49 pilotsuz uçuş aparatı (PUA) və 7 helikopter itirib.

Sfera.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Araşdırma Xidmətinin yeni hesabatında məlumat verilib.

Hesabata əsasən, döyüş əməliyyatları və “dost atəşi” nəticəsində 15 “F-15E Strike Eagle” qırıcısı, bir “F-35C Lightning II” qırıcısı və iki “A-10 Thunderbolt II” hücum təyyarəsi məhv edilib. Bundan başqa, aviasiya qəzaları və İranın aviabazalara zərbələri nəticəsində 7 “KC-135 Stratotanker” yanacaq doldurma təyyarəsi, bir “E-3 Sentry AWACS” uzaq radiolokasiya aşkarlama və idarəetmə təyyarəsi, eləcə də “MC-130J” təyyarəsi itirilib. Bildirilir ki, sonuncu təyyarə İranda keçirilən axtarış-xilasetmə əməliyyatı zamanı ABŞ hərbçiləri tərəfindən partladılıb.

ABŞ-nin PUA itkiləri arasında 45 “MQ-9 Reaper”, 3 “MQ-1” və bir “MQ-4C Triton” yer alır. Həmçinin 7 zərbə və çoxməqsədli helikopterin itirildiyi bildirilir.

Hesabatda qeyd olunur ki, itirilmiş hərbi texnikanın əvəzlənməsi üçün tələb olunan vəsaitlə bağlı müxtəlif hesablamalar mövcuddur. ABŞ Konqresinin Büdcə Ofisi avqustun 1-nə olan məlumatlara əsasən, itirilmiş texnikanın dəyərini 1,9 milyard dollardan 3,3 milyard dollara qədər qiymətləndirib. Məbləğin texnikanın hansı şəkildə və hansı proqramlar çərçivəsində əvəzlənəcəyindən asılı olaraq dəyişdiyi bildirilib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR