Səudiyyə Ərəbistanında hava limanları fəaliyyətini dayandırır

Kateqoriya məlum deyil
T
Səudiyyə Ərəbistanının Nəcran və Cizan şəhərlərində yerləşən hava limanlarının hücumlar səbəbilə oktyabrın 7-dək fəaliyyət göstərməyəcəyi açıqlanıb.
Sfera.az xəbər verir ki, hər iki hava limanı oktyabrın 7-də Bakı vaxtı ilə 19:00 bağlı olacaq. Mənbə bildirib ki, hava limanlarının bağlanması ilə bağlı məlumat hava məkanından istifadə edə biləcək bütün tərəflərə çatdırılıb. Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi Nəcran və Cizan hava limanlarına endirilən zərbələr nəticəsində bir neçə nəfərin xəsarət aldığını açıqlayıb. Hücumlar nəticəsində hava limanlarının infrastrukturuna da maddi ziyan dəyib.
Bəsti Rəfizadə






