"Rusiya bu ölkələri də hədəfə alacaq" - Politoloq

"Rusiya bu ölkələri də hədəfə alacaq" - Politoloq
Kateqoriya məlum deyil
T

Almaniyanın xarici işlər naziri İohan Vadeful Rusiyanın Ukraynadan kənarda da planlarının olduğunu və bunun SSRİ-nin bərpası ideyası ilə əlaqəli ola biləcyini deyib. Nazir bu fikrini Vladimir Putinin SSRİ-nin dağılmasını “XX əsrin ən böyük geosiyasi fəlakəti” adlandırması ilə əlaqələndirib.

Bəs Rusiyanın Ukraynadan kənarda hansı ölkələrlə bağlı planları var?

Politoloq Murad Sadəddinov Sfera.az-a açıqlamasında bildirib ki, Almaniyanın xarici işlər naziri İohan Vadeful Rusiyanın Ukraynadan kənarda da planlarının ola biləcəyi barədə danışarkən əsasən Baltikyanı ölkələrə qarşı mümkün təxribat ssenarilərini nəzərdə tutma ehtimalı var.

Onun sözlərinə görə, son dövrlərdə bu istiqamətdə, xüsusilə də Kalininqradla bağlı müxtəlif məlumatların yayılması diqqət çəkir. Politoloqun fikrincə, Almaniya tərəfinin narahatlığının arxasında məhz Rusiyanın Kalininqrad bölgəsi ilə bağlı mümkün addımları və Baltikyanı ölkələr ətrafında yaranan təhlükəsizlik məsələləri dayana bilər.

Politoloq qeyd edib ki, Vadefulun açıqlamasını yalnız Rusiyanın Ukraynada apardığı müharibə ilə məhdudlaşdırmaq olmaz:

“Burada Avropanın şərq cinahında, xüsusilə Baltikyanı ölkələrin təhlükəsizliyi ilə bağlı mümkün ssenarilərə də diqqət çəkilir. Kalininqradın Rusiyanın əsas ərazisindən ayrı yerləşməsi və NATO üzvü olan ölkələrlə qonşuluğu isə bu məsələnin Avropa təhlükəsizliyi baxımından daha həssas müzakirə olunmasına səbəb olur”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR