Trampdan İranla bağlı açıqlama: “Hazır deyillər”

Trampdan İranla bağlı açıqlama: “Hazır deyillər”
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp İranın ABŞ ilə razılaşma əldə etmək istədiyini, lakin bunun üçün hələ hazır olmadığını bildirib.

Sfera.az xəbər verir ki, Tramp “ABC11” kanalına müsahibəsində gündəmlə bağlı sualları cavablandırıb.

İranla yaşanan hərbi gərginliyə toxunan ABŞ prezidenti deyib. Tramp İranın hərbi imkanlarının böyük ölçüdə məhv edildiyi barədə əvvəlki iddiasını da təkrarlayıb. O, ABŞ-nin "B-2" bombardmançı təyyarələrindən istifadə etməməsi halında İranın hazırda nüvə silahına sahib ola biləcəyini və bu silahlardan “çox asanlıqla” istifadə edə biləcəyini iddia edib.

Tramp İranı uzun illərdir “dünyanın ən şeytani ölkəsi” kimi xarakterizə etdiyini bildirib. İranın hazırda çox zəif vəziyyətdə olduğunu iddia edən Tramp ABŞ-nin Hörmüz boğazına nəzarət etdiyini deyib:

“Hörmüz boğazına biz nəzarət edirik. Çox sayda gəmini sıradan çıxarırıq. Orada olduğumuzu bilirlər, amma radarlarını məhv etdiyimiz üçün heç nə görə bilmirlər. Gecəgörmə imkanları sıfırdır, amma biz çox yaxşı irəliləyirik”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR