Trampı öldürmək istəyən şəxs atış təlimi keçibmiş

Trampı öldürmək istəyən şəxs atış təlimi keçibmiş
Kateqoriya məlum deyil
T

ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) açıqladığı yeni sənədlərə əsasən, 2024-cü ildə Pensilvaniya ştatının Batler şəhərində Donald Trampa qarşı sui-qəsd cəhdi həyata keçirən Tomas Metyu Krok hücumdan bir gün əvvəl atış poliqonunda məşq edib.

Sfera.az xəbər verir ki, sənədlərdə bildirilir ki, Krok 13 iyul 2024-cü ildə keçirilən mitinqdən bir gün əvvəl poliqonda 100 yard (91 metr) məsafəyə atəş açıb.

Araşdırma materiallarına görə, onun koronavirus pandemiyası dövründə silahlara və uzaqməsafəli atışlara marağı artıb və həftədə orta hesabla bir dəfə atış poliqonuna gedib.

Krokun atası Metyu Krok oğlunun zaman keçdikcə nişanalma bacarığını inkişaf etdirdiyini bildirib. O, oğlunu ətrafı ilə çox ünsiyyət qurmayan və qapalı biri kimi xarakterizə edib.

İstintaq materiallarında Krokun məktəb və universitet illərində sakit tələbə olduğu, mühəndislik təhsili aldığı və tanışları tərəfindən qəribə, lakin zərərsiz biri kimi təsvir edildiyi qeyd olunur.

Xatırladaq ki, Krok 13 iyul 2024-cü ildə Trampın Pensilvaniyanın Batler şəhərindəki mitinqi zamanı AR-15 tipli tüfənglə atəş açıb. Hücum nəticəsində Tramp qulağından yaralanıb. Krok isə hadisə yerində Gizli Xidmətin snayperləri tərəfindən öldürülüb. Səlahiyyətli şəxslər araşdırmanın davam etdiyini və hücumun dəqiq motivinin hələ müəyyən edilmədiyini bildiriblər.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR