"Rusiya Avropanın təhlükəsizlik qarantı ola bilməz" - Ukrayna
Kateqoriya məlum deyil
Gələcək təhlükəsizlik arxitekturası Rusiya ilə hansısa təsir dairələri üzrə danışıqlara əsaslanmamalıdır.
Sfera.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.
O, Avropanın gələcək təhlükəsizlik arxitekturasının Rusiya ilə təsir dairələrinin bölüşdürülməsi barədə danışıqlara əsaslanmamalı olduğunu bildirib:
“Avropanın təhlükəsizlik arxitekturasının düsturu Rusiyaya qarşı etibarlı müdafiə formuludur, ruslarla Avropada təsir dairələrini bölmək barədə danışmaq deyil. Bütün bunlar keçmişdə qalıb. Rusiya Avropa təhlükəsizliyinin qarantı ola bilməz. Artıq təsir dairələri olmayacaq. Avropanın gücü və birliyi üçün vaxt gəlib çatıb”, - deyə nazir bildirib./Teleqraf






