Etna vulkanı püskürdü: Hava limanı bağlandı

Etna vulkanı püskürdü: Hava limanı bağlandı
Kateqoriya məlum deyil
T

İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanının güclü şəkildə kül püskürməsi səbəbindən Kataniya Hava Limanında uçuşlar dayandırılıb.

Sfera.az xəbər verir ki, sərnişin sayına görə İtaliyanın ən işlək beşinci hava nəqliyyatı mərkəzi olan hava limanında reyslərin dayandırılması turizm mövsümünün qızğın vaxtında minlərlə sərnişinin hava limanında qalmasına səbəb olub.

Avropanın ən hündür və ən aktiv vulkanlarından biri olan Etna-da baş verən püskürmələr bölgədə hava nəqliyyatının fəaliyyətini tez-tez pozur. Mütəxəssislər hazırkı dövrdə vulkandan çıxan külün qeyri-adi dərəcədə intensiv olduğunu bildiriblər.

Hava limanı rəsmiləri uçuşların təhlükəsizliyini bərpa etmək və uçuş-enmə zolaqlarını küldən təmizləmək üçün işlərin davam etdirildiyini açıqlayıblar.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR