Bu ölkələr İsrailə sanksiya tətbiq edəcək

Böyük Britaniya, Fransa və Kanadanın da daxil olduğu 12 ölkə İordan çayının qərb sahilindəki İsrail yaşayış məntəqələrindən gələn məhsulların ticarətinə məhdudiyyət tətbiq etmək barədə razılığa gəlib.
Sfera.az xəbər verir ki, birgə bəyanatda İsrail yaşayış məntəqələrinin genişləndirilməsinə dərhal son qoyulması tələb edilib.
Ölkələr bu siyasətin iki dövlətli həll perspektivini zəiflətdiyini və İordan çayının qərb sahilində vəziyyəti daha da gərginləşdirdiyini bildiriblər.
Qərar İsrail yaşayış məntəqələrində istehsal olunan məhsulların ticarətinə qarşı tədbirlərin görülməsini nəzərdə tutur. Böyük Britaniya isə ayrıca həmin yaşayış məntəqələrindən bütün idxalı qadağan etməyə hazırlaşdığını açıqlayıb.
Bildirilib ki, bu addımlar İordan çayının qərb sahilində məskunlaşma siyasətinin genişlənməsi və fələstinlilərə qarşı zorakılığın artması fonunda atılır. Ölkələr yaşayış məntəqələrinin beynəlxalq hüquqa zidd olduğunu vurğulayıblar.
Firuzə Əliyeva






