Fransada daha bir muzey qarəti – Milyonluq əsərlər oğurlandı

Fransada daha bir muzey qarəti – Milyonluq əsərlər oğurlandı
Kateqoriya məlum deyil
T

Fransanın cənubundakı Renoir Muzeyi gecə saatlarında qarət edilib. İki şübhəli muzeyin şüşə qapısını sındıraraq içəri daxil olub və ən azı 4 rəsm əsərini oğurlayıb.

Sfera.az xəbər verir ki, oğurlanan əsərlərin ümumi dəyərinin təxminən 9 milyon avro olduğu bildirilir.

Şübhəlilər polis gəlməmiş hadisə yerindən qaçıb. Muzeyin bağçasında onlara məxsus ola biləcək iki çanta da aşkarlanıb.

Hadisə ilə bağlı araşdırmanı Fransanın xüsusi cinayətlərlə mübarizə bölməsi aparır.

Qeyd edək ki, bu oğurluq Luvr Muzeyində baş verən 88 milyon avroluq qarətdən təxminən bir il sonra baş verib. Luvrdan oğurlanan əsərlər isə hələ də tapılmayıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR