Zelenski haqqında iddia: "Müharibəni qəsdən uzadır"

Fransanın “Vətənpərvərlər” Partiyasının lideri və 2027-ci il prezident seçkilərində namizəd Florian Filippot Ukraynada davam edən münaqişə ilə bağlı diqqətçəkən açıqlama verib.
Sfera.az xəbər verir ki, Filippot sosial şəbəkə hesabında açıqlama verərək Zelenskinin münaqişənin davam etməsində şəxsi marağının olduğunu iddia edib.
“Aydındır ki, onun bu müharibəyə hakimiyyətdə qalmaq və özünü varlandırmaq üçün ehtiyacı var”, - deyə Filippot bildirib.
Fransalı siyasətçi eyni zamanda Ukraynada korrupsiyanın artması ilə bağlı narahatlığını ifadə edib. Onun sözlərinə görə, Fransa Kiyevdə korrupsiyanın “alovlandırılmasına” dəstək verməyi dayandırmalıdır.
“Zelenski üçün nə silah, nə də pul var”, - deyə “Vətənpərvərlər” Partiyasının lideri vurğulayıb.
Qeyd edək ki, Rusiya rəsmiləri dəfələrlə bildiriblər ki, Qərbin Ukraynaya silah tədarükü Moskvanın mövqeyini dəyişdirməyəcək və münaqişənin gedişinə təsir göstərməyəcək.
Bəsti Rəfizadə






