Tehrandan Vaşinqtona tanker xəbərdarlığı: "Biz də vuracağıq"

Kateqoriya məlum deyil
T
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, ABŞ İranın neft tankerlərini hədəf alarsa, bölgədəki Amerika neft və təbii qaz şirkətlərinə qarşı hücumlar həyata keçirilə bilər.
Sfera.az xəbər verir ki, Qalibaf ABŞ-nin müdafiə naziri Pit Heqsetin İran tankerləri ilə bağlı açıqlamasına reaksiya verib.
O, bölgədəki neft və təbii qaz istehsalı zəncirinin geniş əraziyə yayıldığını və Amerika şirkətlərinin də həssas vəziyyətdə olduğunu deyib:
“Varlıqlarımıza hücum etsəniz, siz də hücuma məruz qalacaqsınız. Bunu daha əvvəl sübut etmişik”.
ABŞ müdafiə naziri Pit Heqset sentyabrın 5-də İran ABŞ gəmilərinə atəş açacağı təqdirdə İranın neft tankerlərini “məhv edib batıracaqlarını” bildirmişdi.
İradə Elsevər
Açar sözlər:






