İranla münasibətlər düzələcək? – BƏƏ-dən mesaj

İranla münasibətlər düzələcək? – BƏƏ-dən mesaj
Kateqoriya məlum deyil
T

Yaxın Şərqdə davam edən gərginlik fonunda İranla münasibətlər məsələsi Körfəz ölkələrinin gündəmində qalmaqda davam edir.

Birləşmiş Ərəb Əmirlikləri regionda hərbi qarşıdurma başa çatdıqdan sonra Tehranla əlaqələrin bərpası istiqamətində addımlar atmağın zəruri olduğunu düşünür.

Sfera.az xəbər verir ki, bunu BƏƏ Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş Əbu-Dabidə keçirilən “Hili Forum” beynəlxalq konfransında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, İranla münasibətlər yalnız BƏƏ üçün deyil, bütün Fars körfəzi ölkələri üçün əsas məsələlərdən biridir.

“İran bizim qonşumuz olaraq qalır və müəyyən məqamda mümkün olan əlaqələri bərpa etmək üçün yol tapmalı olacağıq. Coğrafiya bizə başqa seçim qoymur”, -deyə Qarqaş bildirib. Diplomat bununla yanaşı, ölkələr arasında etimadın bərpasının daha mürəkkəb proses olduğunu vurğulayıb.

Onun fikrincə, “funksional münasibətlərin” qaydaya salınması daha asan olsa da, qarşılıqlı etimadın yenidən formalaşdırılması “uzun illər, hətta onilliklər” tələb edə bilər.

Qeyd edək ki, regionda İran ətrafında gərginlik xüsusilə Hörmüz boğazı məsələsi fonunda artıb. Dünyada neft ticarətinin təxminən 25 faizi və mayeləşdirilmiş təbii qaz daşımalarının 20 faizə yaxını bu strateji su yolundan həyata keçirilir. BƏƏ-nin açıqlaması regionda hərbi qarşıdurmanın başa çatmasından sonra İranla münasibətlərin yenidən qurulması və diplomatik kanalların bərpasına marağın olduğunu göstərir.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR