Tramp parik geyinir? - FOTO

Tramp parik geyinir? - FOTO
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampın saç düzümü yenidən sosial şəbəkələrin əsas müzakirə mövzularından birinə çevrilib.

Prezidentin Nyu-Cersidəki son görüntülərində saçlarının əvvəlkindən daha tünd göründüyü və məşhur daranma formasının dəyişdiyi diqqət çəkib.


Sfera.az xəbər verir ki, Trampın saçlarını bu dəfə əvvəlki kimi yana daradığı, lakin ayrımın əks tərəfə keçirildiyi müşahidə olunub. Onun yeni görünüşü sosial şəbəkə istifadəçiləri arasında müxtəlif reaksiyalara səbəb olub.
İstifadəçilərdən bəziləri Trampın yeni saç düzümünü pariklə əlaqələndirib. “Baba yeni parik alıb?”, “Tramp həyatın elə mərhələsinə çatıb ki, yaşlı qadınlar kimi saç rəngi ilə eksperiment aparır” kimi istehzalı şərhlər yazılıb.


Digər bir istifadəçi isə “Prezident Tramp Amerikanı yenidən qlamur edir” ifadəsi ilə zarafat edib. Bəzi paylaşımlarda isə “Parik istehsalçıları Trampın dəyişikliklərinə çatdıra bilmir” kimi şərhlər yer alıb.


Saçları ilə bağlı müzakirələrə Tramp özü də münasibət bildirib. Prezident sentyabrın 2-də Ağ Evin Gül bağında çıxışı zamanı parik taxması ilə bağlı iddiaları təkzib edərək “Mən parik taxmıram” deyib.


Bununla belə, küləkli havalarda Trampın saçlarının altındakı keçəlləşmiş nahiyənin daha aydın göründüyü dəfələrlə müşahidə olunub. Bu görüntülər onun saçlarının süni hissədən istifadə edilərək sıxlaşdırıldığı barədə iddiaları daha da artırıb.


Trampın bioqrafı Maykl Volf isə məsələyə fərqli yanaşıb. O, sentyabrın 5-də yayımlanan “Inside Trump’s Head” podkastında prezidentin saçları üçün özü ilə xüsusi “düzəliş üçün dəst” gəzdirdiyini iddia edib.


Volfun sözlərinə görə, həmin dəstdə Trampın saç rənginə uyğun kiçik saç parçaları olur. Bioqraf bu tellərin prezidentin saçına kimin və necə əlavə etdiyini dəqiq bilmədiyini, bunun üçün hansısa yapışdırıcı maddədən istifadə oluna biləcəyini ehtimal etdiyini bildirib.


Qeyd edək ki, Trampın saç düzümü uzun illərdir onun ən çox müzakirə olunan xarici görünüş xüsusiyyətlərindən biridir.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR